Azərbaycan millisi səfərdə Qazaxıstanla qarşılaşacaq – DÇ-2024backend

Azərbaycan millisi səfərdə Qazaxıstanla qarşılaşacaq - DÇ-2024

Futzal üzrə Azərbaycan millisi bu gün DÇ-2024-ün elit mərhələsində növbəti oyununu keçirəcək.

KONKRET.az xəbər verir ki, A qrupunda yer alan yığma IV turda Qazaxıstanla qarşılaşacaq.

Beş gün əvvəl Bakıda rəqibinə məğlub olan (2:4) Vitali Borisovun yetirmələri bu dəfə səfər matçına çıxacaqlar. Astanadakı Jekpe-Jek Sarayında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Görüşü sloveniyalı hakimlər Trayan Ençev, Kaloyan Kirilov və İvo Tsenov idarə edəcəklər.

Hazırda Qazaxıstan 9 xalla qrupda liderlik edirsə, yığmamız 3 xalla üçüncü pillədə qərarlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*