Azərbaycan millisinin potensial rəqibləri bəlli oldubackend

Azərbaycan millisinin potensial rəqibləri bəlli oldu

Azərbaycan millisinin Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək minifutbol üzrə Avropa çempionatında potensial rəqibləri bəlli olub.

KONKRET.az xəbər verir ki, püşkatma aprelin 4-də keçiriləcək. Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv püşkatmada birinci səbətdə yer alacaq:

1-ci səbət: Bosniya və Herseqovina, Rumıniya, Bolqarıstan, Qazaxıstan, Azərbaycan, Slovakiya.

2-ci səbət: Macarıstan, Çexiya, Fransa, Serbiya, Ukrayna, Monteneqro.

3-cü səbət: İngiltərə, Gürcüstan, İtaliya, Polşa, İspaniya, Sloveniya.

4-cü səbət: Portuqaliya, Albaniya, Yunanıstan, Avstriya, Türkiyə, Xorvatiya.

Əlavə edək ki, qitənin əsas turniri iyunun 1-9 arasında Sarayevoda olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*