Azərbaycan Ordusu ruslarla birgə onları məhv edəcək – Mixaylovbackend

Azərbaycan Ordusu ruslarla birgə onları məhv edəcək - Mixaylov

Moskvada baş tutan görüşdə Vladimir Putin və İlham Əliyev arasında daha səmimi münasibət olduğu müşahidə edildi. Bu, çox şey deməkdir. Paşinyan solğun görünürdü və danışıqlar masasında sözün əsl mənasında bir neçə dəfə büküldüyünü görmək mümkün idi. Paşinyan əksini göstərməyə çalışdı, lakin danışıqlar onun üçün o qədər də rahat keçmədi.

KONKRET.az  xəbər verir ki, bunu rusiyalı politoloq Yevgeni Mixaylov Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri arasında yanvarın 11-də Moskvada keçirilən üçtərəfli görüşü şərh edərkən deyib.

“Qarabağın inkişafına dair birgə bəyanat böyük iqtisadi layihələrin olacağını göstərir və bu, Ermənistan üçün də faydalıdır. Lakin bu, Ermənistan xalqının revanşdan nəsə gözləməməli, sülh və firavanlığa hazırlaşmalı olduğu qənaətinə gəldiyi təqdirdə uğurlu olacaq. Gərginliyin artmasının qarşısını almaq üçün Rusiyanın təklif etdiyi meyarlar rəsmi Bakı tərəfindən tam dəstəklənir”, – politoloq qeyd edib.

Y.Mixaylova görə, rəsmi İrəvan nəyə ehtiyac duyduğuna hələ qərar verməyib:

“Azərbaycanın ərazi bütövlüyünə qəsdlərə və terrorçuların Qarabağa daxil olmasına yol verilməməlidir. Əks təqdirdə Azərbaycan Ordusu Rusiya sülhməramlıları ilə birlikdə onları məhv edəcək.

Dəmiryolu rabitəsi, magistral yollar, sərhədlərin açılması – bunların hamısı indiki kimi sözlə deyil, əməllə həyata keçirilsə, bir çox narazılığın aradan qalxmasına, xalqların barışığına kömək edəcək”. (axar.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*