Azərbaycan Ordusunun çavuşu dəm qazından boğularaq ÖLDÜbackend

Azərbaycan Ordusunun çavuşu dəm qazından boğularaq ÖLDÜ

Sumqayıtda dəm qazından boğulma faktı baş verib.

KONKRET.az xəbər verir ki, hadisə ötən gecə qeydə alınıb.

Məlumata görə, Şəki şəhər sakini, 2001-ci il təvəllüdlü Yusifli Seymur Teymur oğlu kirayədə yaşadığı mənzildə dəm qazından boğularaq vəfat edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda qeyd olunan faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Əldə etdiyimiz xəbərə görə, Seymur Yusifli Azərbaycan Ordusunun çavuşu olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*