Azərbaycan plazma müalicəyə keçir – Koronavirusla mübarizədə Türkiyə üsulubackend

Azərbaycan plazma müalicəyə keçir - Koronavirusla mübarizədə Türkiyə üsulu

“Plazma müalicə üçün Hemotologiya Mərkəzi ilə müzakirələrimiz davam edir”.

KONKRET.az  xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı mətbuat konfransında deyib.

“Bu barədə Səhiyyə Nazirliyi ilə də müzakirələr davam edir. Xəstəlikdən sağalan kəsləri Milli Hemotologiya Mərkəzinə dəvət edib, plazma müalicə üsulunu tətbiq edəcəyik. Buna növbəti həftədən başlayacağıq. COVID19 xəstəliyindən sağalan insanların qanında xəstəliyə qarşı anti-cisimlər olur. Bu plazmada anti-cisimlər yetəri qədər olarsa, bunu ağır xəstələrə köçürə bilərik. Virusun anemiyaya səbəb olması faktı da var”, – R.Bayramlı deyib.

Qeyd edək ki, bu metoddan bir sıra inkişaf etmiş ölkələrdə, o cümlədən Türkiyədə xəstələrin sağalmasında istifadə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*