Azərbaycan Premyer Liqasında mövsümün rekordu qeydə alındıbackend

Azərbaycan Premyer Liqasında mövsümün rekordu qeydə alındı

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ikinci dövrəsinin startı məhsuldarlıqla əlamətdar olub.

KONKRET.az xəbər verir ki, IX turda ümumilikdə 19 qol vurulub.

Bu isə 2023/2024 mövsümünün rekordudur. Orta məhsuldarlıq 3,8-ə bərabərdir.

Bu turda “Neftçi” “Səbail”i (4:2), “Sabah” “Sumqayıt”ı (3:1), “Araz-Naxçıvan” “Qəbələ”ni (4:1) məğlub edib. “Turan-Tovuz” – “Qarabağ” (2:2) və “Kəpəz” – “Zirə” (0:0) görüşlərində qalib müəyyənləşməyib.

Daha əvvəl ən çox qol I turda (15 qol) vurulub. Həmin vaxt orta məhsuldarlıq 3-ə bərabər olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*