Azərbaycan və Türkiyə Prezidentləri təkbətək GÖRÜŞDÜ / YENİLƏNİBbackend

Azərbaycan və Türkiyə Prezidentləri təkbətək GÖRÜŞDÜ / YENİLƏNİB

Bu gün Zəngilanın Ağalı kəndində rəsmi qarşılanma mərasimindən sonra Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü olub.

KONKRET.az xəbər verir ki, dövlət başçıları əvvəlcə rəsmi foto çəkdiriblər.

Daha sonra nümayəndə heyətləri arasında görüş keçirilib.

Görüşdən sonra dövlət başçılarının mətbuata bəyanatı olacaq.

14:52

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub.

KONKRET.az xəbər verir ki, liderlər Azərbaycan-Türkiyə əlaqələrinin hazırkı durumunu müzakirə edib, iki ölkə arasındakı münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində atılacaq addımları nəzərdən keçiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*