“Son 2 ildə Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Bölmələrinin şəxsi heyəti 2 dəfədən çox artıb”.
KONKRET.az xəbər verir ki, bu barədə “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan Facebook səhifəsində yazıb.
“Paşinyan Ermənistan ordusunun alçaldılması və məhv edilməsi kampaniyasını davam etdirir. O, Ermənistanın və Qarabağın ərazi itkilərini erməni hərbçilərinin gücü, iradəsi və vətənpərvərliyi ilə əlaqələndirir. Bu zaman isə Azərbaycan Prezidenti bəyan edir ki, o, Azərbaycan Ordusunun xüsusi təyinatlı bölmələrinin şəxsi heyətini iki dəfədən çox artırıb.
Azərbaycan Ordusunda xüsusi təyinatlıların sayının artması əsasən yeni yaradılmış “Komando” hərbi hissələrinin hesabına qeydə alınıb. Məlumatlara görə, ordu korpusları, ordunun xüsusi təyinatlıları, hərbi dəniz donanması, milli təhlükəsizlik, sərhəd qoşunlarının, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlılarının sayı da artıb.
Üstəlik, Azərbaycan Prezidenti Ermənistan hökumətinin danışıqlar yolu ilə razılığa gəlməsi üçün bir il vaxtının olduğunu, əks halda hərbi yolla həll edəcəyini bəyan edərək, hücum qüvvələrinin sayını artırmaq kimi əsl məqsədini gizlətmir.
Xatırladıram ki, müxtəlif güc sistemlərinin hücum bölmələrindən ibarət Azərbaycan xüsusi təyinatlıları Qarabağda və Ermənistan sərhəd xəttində baş vermiş 2014-2016-cı illərdə, eləcə də 2020-ci ildə hərbi əməliyyatlarda əsas rol oynayıb.
Bu, 052 saylı “Yaşma” xüsusi təyinatlı briqadası idi.
Bəs Ermənistan ordusunu özünə gətirmək və qarşısına ciddi döyüş tapşırığı qoymaq imkanı varmı?
Ən çox verilən əsas sual budur. Cavabım var, bəli.
Bu yolda əsas maneə, şübhəsiz ki, Nikol hökumətidir. Çox az olsa da, bu hökuməti devirib, sağalıb ayağa qalxmaq imkanımız var”, – deyə Abramyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
