Azərbaycana minatəmizləmə ilə bağlı yeni avadanlıqlar gətiriləcəkbackend

Azərbaycana minatəmizləmə ilə bağlı yeni avadanlıqlar gətiriləcək

“Prezidentin tapşırığına uyğun olaraq, ötən ildən yeni alətlər və avadanlıqları ölkəyə gətirmişik. Hazırda bu proses bu gün də davam edir”.

KONKRET.az xəbər verir ki, bunu ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, artıq yeni alətlər və avadanlıqların böyük bir hissəsi Azərbaycana gətirilib: “İlin sonunadək də qalan hissə ölkəyə gətiriləcək. Lazım olduqca da yeni avadanlıqların ölkəyə gətirilməsi davam etdiriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*