Azərbaycanda 44 yaşlı kişini döyərək öldürdülərbackend

Azərbaycanda 44 yaşlı kişini döyərək öldürdülər

Bu gün saat 20 radələrində Cəbrayıl rayon sakini ,1980-ci il təvəllüdlü Şahverdiyev Şahin Vəli oğlunun döyülərək qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə KONKRET.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Məmmədquliyev Semur Şahin oğlu saxlanılıb. İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*