Rusiya Aerokosmik Qüvvələrinin baş komandanının silahlanma üzrə müavini, general-polkovnik Yuri Qrexov həbs edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, həbs qərarı noyabrın 25-də Moskva hərbi məhkəməsi tərəfindən qəbul edilib.
Generalın nədə ittiham edildiyi açıqlanmayıb.
Qeyd edək ki, Yuri Qrexov 2021-ci ildən bu vəzifədədir.
