Övladlarına aliment ödəməyən qadına cəza verildibackend

Övladlarına aliment ödəməyən qadına cəza verildi

Yevlaxda övladlarına aliment ödəməyən qadın məhkum edilib.

KONKRET.az oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Aran qəsəbəsində baş verib.

Qəsəbə sakini Ramil Rüstəmov 2012-ci ildə ailə həyatı qurub və birgə nikahdan iki övladı dünyaya gəlib. O, bir müddətdən sonra həyat yoldaşından ayrılıb və uşaqlar atanın himayəsində qalıb. Həmin vaxtdan etibarən hər uşağın yetkinlik yaşına çatdırılması üçün qadından 150 manat olmaqla, ümumilikdə 300 manat aliment tutulması müəyyən edilib. Lakin ana məhkəmə qərarını icra etməyib və aliment ödəməkdən yayınıb. Bundan sonra ata hüquq-mühafizə orqanlarına müraciət edib, faktla bağlı cinayət işi başlanılıb. Məhkəmə istintaqı dövründə məlum olub ki, ana 6 600 manat aliment borcundan yayınıb. Məhkəmənin hökmü ilə qadına 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib və ona elektron nəzarət qolbağı tətbiq olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*