Bu şəhərin kralı deyiləm, amma… – Qordondan maraqlı Bakı açıqlamasıbackend

Bu şəhərin kralı deyiləm, amma… – Qordondan maraqlı Bakı açıqlaması

“Mən Bakı kralıyam? Xeyr, amma bu şəhərin mənim üçün çox xüsusi yeri var”.

KONKRET.az xəbər verir ki, bunu “Barselona” klubunun futbolçusu Entoni Qordon UEFA Çempionlar Liqasının V turunda “Sabah”la Bakıda keçirilən qarşılaşmadan sonra deyib.

İngiltərəli yarımmüdafiəçi oyunda het-trik etmək imkanının olduğunu, lakin sol ayağı ilə vurduğu zərbəni qola çevirə bilmədiyini söyləyib. Qordon uzun səfərin komanda üçün çətin keçdiyini  bildirib:

“Rəqib yüksək pressinq tətbiq edirdi. Qarşılaşmanın rəqabətli keçəcəyini gözləyirdik və fürsətlərimizdən yararlandıq. “Barselona” klubunun üzvü olduğum üçün çox xoşbəxtəm. Qol vurmaq bizim əsas xüsusiyyətimizdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*