Azərbaycanda ağır qəza – 10 nəfər yaralandı – YENİLƏNİBbackend

Azərbaycanda ağır qəza - 10 nəfər yaralandı - YENİLƏNİB

Bərdə rayonunda yol qəzası zamanı yaralanan 10 nəfərin son vəziyyəti açıqlanıb.

KONKRET.az xəbər verir ki, “TƏBİB”dən apa-nın Qarabağ Bürosunun sorğusuna cavab olaraq bildirib ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar 10 nəfər (8 kişi, 2 qadın) saat 15:10 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Qeyd olunub ki, müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

“Vəziyyəti stabil qiymətləndirilən 9 nəfər (7 kişi, 2 qadın) ambulator müalicə üçün evə buraxılıb. Hazırda 1 nəfərin (kişi) müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabildir”, – deyə məlumatda qeyd olunub.

***

Bərdə rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə rayonu Bəcirəvan kəndi ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində xəsarət alan 10 nəfər – 1994-cü il təvəllüdlü Babayev Orxan Vüqar oğlu, 2004-cü il təvəllüdlü Hacıyev Röyal Rövşən oğlu, 2007-ci il təvəllüdlü Hətəmov Ayxan Natiq oğlu, 2007-ci il təvəllüdlü Nəcəfli Mirşahin Yelmar oğlu, 1979-cu il təvəllüdlü Paşayev Efras Ayaz oğlu, 1990-cı il təvəllüdlü Həmidova Rabella Əlibaba qızı, 2018-ci il təvəllüdlü Həmidzadə Ömər Kamandar oğlu, 1964-cü il təvəllüdlü Həmidova Səkurə Yaqub qızı, 1963-cü il təvəllüdlü Həmidov Həmid Fərrux oğlu və 1988-ci il təvəllüdlü Həmidov Kamandar Həmid oğlu Bərdə Mərkəzi Xəstəxanasının Diaqnostika şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*