Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) baş katibi Yaşar Kələntərli vəfat edib.
KONKRET.az xəbər verir ki, bu barədə partiya sədrinin müavini Niyaməddin Orduxanlı məlumat verib. Bildirib ki, Yaşar Kələntərli dünən axşam saatlarında öz evində vəfat edib.
Onun ürək tutmasından vəfat etdiyi bildirilir.
Yaşar Kələntərli bu gün Fatmayi məzarlığında dəfn edilib.