Azərbaycanda bu halda yumşalmalara gediləcək – VİDEObackend

Azərbaycanda bu halda yumşalmalara gediləcək - VİDEO

Azərbaycanda gündəlik orta hesabla 12-14 min insan test olunur. Bizim peyvənd sayımız test sayımızdan 4-5 dəfə çox olsa, gündəlik 50-60 min peyvənd vura bilsək, insanlarımız randevularını götürüb daha çox peyvənd olunsalar, virusun öhdəsindən daha tez gələcəyik.

KONKRET.az xəbər verir ki, bu sözləri ARB24-də yayımlanan “İş vaxtı” verilişinə qonaq olan Almaniyada çalışan həkim Ümüd Səlimzadə bildirib.

Onun sözlərinə görə, vaksinasiya prosesi nə qədər tez həyata keçirilərsə, karantinin yumşalmaları da bir o qədər tez ola bilər:

“Əhali daha tez peyvəndlənməyə getməlidir. Biz nə qədər tez peyvəndlənə bilsək, İsrail və Böyük Britaniyanın misalında o qədər tez yumşalmalara gediləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*