Xanım jurnlaist 1995-2005-ci illərdə AZTV-də aparıcı, redaktor, müxbir, 2005-2016-ci illərdə ANS-də “Şirin çay”, ”İç xəbər”, ”Xəbərçi” layihələrində aparıcı,rəhbər, redaktor, müxbir, 2016-2017-ci illərdə “İnterAz” televiziyasında xəbərlərin baş redaktoru vəzifələrində çalışıb. O, 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.
Xatırladaq ki, bu, İTV-də ilk ayrılma deyil. Bundan əvvəl tanınmış aparıcılar Leyla Quliyeva, Alidə Fərhadqızı, Jalə Əliyeva da kanalla yollarını ayırıblar.

