Azərbaycanda dizellə işləyən avtomobillər tarixə qovuşacaq? – Ekspert elə şeylər dedi ki…backend

Azərbaycanda dizellə işləyən avtomobillər tarixə qovuşacaq? - Ekspert elə şeylər dedi ki...

Dünyada ekoloji standartların getdikcə sərtləşdirilməsi və elektrikli nəqliyyat vasitələrinin sürətli inkişafı avtomobil bazarında ciddi dəyişikliklərə səbəb olur. Bir çox ölkələr artıq daxili yanma mühərrikli avtomobillərin mərhələli şəkildə istifadədən çıxarılması istiqamətində qərarlar qəbul edir. Bu proses fonunda Azərbaycanda da ənənəvi benzin və dizellə işləyən avtomobillərə tələbatın azalacağı ilə bağlı müzakirələr aktuallaşıb.

Bəs ölkəmizdə yaxın illərdə bu sahədə hansı dəyişikliklər gözlənilir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, ekoloji tələblərin sərtləşməsi avtomatik olaraq benzin və dizel mühərrikli nəqliyyat vasitələrinə tələbatın azalacağı anlamına gəlmir.

Eldəniz Cəfərov: “Əvvəllər sürət həddinin olmaması bəzi sürücülərin bundan  sui-istifadə etməsinə səbəb olurdu”

Onun sözlərinə görə, hazırda Azərbaycanda tətbiq olunan ekoloji standartlar mövcud reallıqlara uyğun şəkildə formalaşdırılıb və bu sahədə kəskin məhdudiyyətlər gözlənilmir:

“Ekoloji tələblərin sərtləşməsi o demək deyil ki, benzin və dizellə işləyən nəqliyyat vasitələrinə tələbat azalacaq və ya onların istifadəsinə ciddi məhdudiyyətlər qoyulacaq. Sadəcə olaraq, qəbul olunmuş standartlar çərçivəsində müəyyən tənzimləmələr həyata keçirilir.

Yaxın və orta perspektivdə Azərbaycanda daxili yanma mühərrikli avtomobillər hələ də bazarda əsas paya sahib olacaq.

Hələ ki, uzun müddət ölkəmizdə benzin və dizel mühərrikli avtomobillər istismar olunacaq. Eyni zamanda onların idxalı da davam edəcək. Bu sahədə kəskin azalma və ya qadağalar gözlənilmir.”

Eldəniz Cəfərovun fikrincə, elektrikli avtomobillərin yayılması prosesi Azərbaycanda da mərhələli şəkildə baş verəcək. Bunun üçün isə ilk növbədə infrastrukturun inkişafı, enerji təminatı və qiymət siyasəti kimi amillər həlledici rol oynayır.

Qeyd edək ki, qlobal trendlərə baxmayaraq, bir çox inkişaf etməkdə olan ölkələrdə olduğu kimi Azərbaycanda da ənənəvi avtomobillər hələ uzun müddət bazarın əsas hissəsini təşkil edəcək. Bununla yanaşı, alternativ enerji ilə işləyən nəqliyyat vasitələrinin payının tədricən artacağı istisna edilmir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*