Xəbər verdiyimiz kimi, bu gün yerli vaxtla saat 05:52-də Xəzər dənizində zəlzələ olub.
Zəlzələnin maqnitudası 3,1 olub.
Zəlzələnin ocağı 31 kilometr dərinlikdə yerləşib.
Bəs hazırda ölkədə seysmoloji vəziyyət necədir?
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Milli.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Vüsalə Rafiqqızı bildirib ki, hal-hazırki saata qədər fon səviyyəsindədir.
“Yəni xırda təkanlar həmişə var seysmik bölgələrdə. Bu saata qədər narahatçılıq doğuran heç bir hal yoxdur”, – deyə o qeyd edib.
