“Azərbaycanda karantin rejimi 3 ay uzadıla bilər” – AÇIQLAMAbackend

"Azərbaycanda karantin rejimi 3 ay uzadıla bilər" - AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq fövqəladə vəziyyət rejimini növbəti 3 ay müddətinə uzadıb. Qeyd edək ki, Azərbaycanda koronavirusa görə tədbiq edilən ümumi karantin rejimi avqustun 31-nə kimi uzadılıb. Azərbaycanda da karantin rejimi 3 ay uzadıla bilərmi?

Bununla bağlı professor KONKRET.az-a danışan Adil Qeybulla bildirib ki karantin rejimi bizdə ləğv edilməyib: “Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın sona çatdığını elan edən zaman karantin rejimi ləğv olunacaq. Ümumdünya Səhiyyə Təşkilatı bir-iki dövlət üzərindən hərəkət etmir. Bütün dünya dövlətlərindəki vəziyyəti nəzərə alaraq qərar qəbul edir. Bilirsininiz ki, koronavirus bir neçə ölkədə səngisə də, bəzi ölkələrdə tüğyan etməkdədir. Məsələn, Hindistanda. Bundan əlavə, bəzi ölkələrdə ikinci dalğanın olacağı gözlənilir. Amma virusun sürətlə mütasiyaya uğraması proqnozu həmişə real olaraq qalır. Biz sentyanbrda və ya payızda dəqiq vəziyyəti biləcəyik. Ona görə də bizdə hələ karantin rejimi davam edəcək. Sadəcə sərtləşmiş karantin rejiminin yumşaldılmasında söhbət gedir. Amma çöldə karantin qaydaları sərt olaraq qalmaqdadır. Qapalı məkanlarda əllərin dizenfeksiya olunması, maskadan istifadə və sosial məsafənin qorunması məsələsinə ciddi nəzarət olunmalıdır. Biz ancaq bu yolla virusu lokallaşdıraraq az itkilərlə çıxa bilərik”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

  • Fərman
    Avqust 3, 2020 - 12:29

    Sərt karantin rejimi uzansa daha yaxşı olar, çünki yumusaldilma olarsa yenidən yoluxma çoxalacaq, bu şübhəsizdir

    • Derman
      Avqust 3, 2020 - 14:04

      get tullan !

  • Şəbnəm
    Avqust 3, 2020 - 15:42

    Qarantin uzansa daha yaxşı olar.

  • Sadiq
    Avqust 3, 2020 - 20:59

    Karantin rejimi uzansada əhaliyə yemək üçün həyat üçün işıq, qaz, su ve s. kommunal ödənişlər üçün pul lazımdı mən fəhlə işləyirəm bu pulu belə bir vəziyyətdə hardan tapım bəlkə karantinin uzadılmasını istəyənlər bizi də fikirləşə ölkə sizdən ibarət deyil toxun acdan xəbəri yoxdur

Sadiq üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*