Ölkəyə idxal olunan həm həcmi, həm də dəyəri artır. Təkcə bu ilin ilk aylarında süd və qaymaq məhsullarına çəkilən xərclər ötən illə müqayisədə 61 faiz yüksəlib. Ümumi idxal xərci artıb. Bu da o deməkdir ki, ağartı məhsulları baha başa gəlir. Nəticədə bu artım bazar qiymətlərinə də təsir edir.
Bəs qiymətlər necədir?
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı Akif Nəsirli bildirib ki, Azərbaycana idxal olunan süd və süd məhsullarının qiyməti 19.3 faiz artıb. Bunun səbəbi isə dünyada baş verən geosiyasi narahatlıqlar səbəbindən enerji, logistika, sığorta qiymətlərinin bahalaşmasıdır.
Yerli istehsal tələbatı ödəyə bilir?
Ekspert qiymətləndirilmələrinə görə, ölkədə kənd təsərrüfat istehsalı artsa, bazarın tələbatını tam qarşılamır. Bu səbəbdən idxaldan asılılıq davam edir.
Satıcıların sözlərinə görə, pendir 10, yağ 25, qaymaq 10, şor 2 manatdır. Hər şeyin qiyməti artır. Ağartının da qiymətinin yüksəlmə ehtimalı var. Keyfiyyətli məhsul baha başa gəlir.
Alıcılar isə bildiriblər ki, qiymətlərdə artım gündəlik olmasa da mərhələli şəkildə olur, bu da ailə büdcəsinə təsir edir. /milliaz
