“Neftçi” “Qarabağ”a görə cərimələndibackend

“Neftçi” “Qarabağ”a görə cərimələndi

“Neftçi” klubu 13 min manat cərimələnib.

KONKRET.az xəbər verir ki, buna səbəb Misli Premyer Liqasının XXIX turunda “Qarabağ”la oyunda olanlardır.

Matçın 90+3-cü dəqiqəsində komandanın azarkeşləri tərəfindən meydana kənar əşyalar atılıb. Bu hal cari mövsümdə altıncı dəfə təkrarlandığına görə “ağ-qaralar” 5 000 manat ödəyəcək.

Bundan əlavə, fanatlar kütləvi şəkildə təhriqamiz ifadələr səsləndirdikləri üçün klubu 8 000 manat ziyana salıblar. Bu hal mövsümdə səkkizinci dəfə yaşanıb.

“Qarabağ” isə tərəfdarların pirotexniki vasitədən istifadəsinə görə 7 000 manat cərimələnib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*