Azərbaycanda polis əməkdaşı güllələndi – RƏSMİbackend

Azərbaycanda polis əməkdaşı güllələndi - RƏSMİ

Qax rayonunda silahlı insident baş verib.

KONKRET.az xəbər verir ki, xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayonun Çüdüllü kəndi ərazisində qeydə alınıb.

Belə ki, polis əməkdaşı əllərində ov tüfəngi olan 2 nəfəri kənd ərazisində görüb və onlara yaxınlaşıb. Bu zaman həmin şəxslərlə polis arasında mübahisə yaranıb. Daha sonra həmin şəxslər silahdan atəş açıblar. Nəticədə polis nəfəri əlindən yaralanıb. Naməlum şəxslər isə ərazidən uzaqlaşıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “report”a bildirilib ki, hazırda polisə atəş açan şəxslərin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*