backend

Azərbaycanda vəzifəli şəxs işdən AZAD EDİLDİ - FOTO

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin direktoru Namiq Tağıyev vəzifəsindən azad olunub.

KONKRET.az xəbər verir ki, hazırda baş direktor vəzifəsinin müvəqqəti icrası institutun baş direktor müavini İlqar Həsənova həvalə olunub.

İlqar Həsənov bu təyinata qədər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*