Azərbaycanı təhqir edən imam vəzifədən çıxarıldı – Təcilibackend

Azərbaycanı təhqir edən imam vəzifədən çıxarıldı – Təcili

Bu yaxınlarda Azərbaycan dövlətinin rəhbərinə qarşı aşağılayıcı ifadələr işlədən İran rəhbərinin Qəzvin əyalətindəki nümayəndəsi, Qəzvin şəhərinin cümə imamı Əbdülkərim Abidini vəzifəsindən kənarlaşdırılıb.

KONKRET.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Ancaq İranın hökumət saytları bunu “öz istəyi ilə istefa verib” deyə təqdim ediblər.

Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan Xarici İşlər Nazirliyi İranın Bakıdakı müvəqqəti işlər vəkilinə Qəzvinin cümə imamı da daxil olmaqla, bir sıra hökumət mollalarının antiazərbaycan fəaliyyətlərinin qəbuledilməz olduğunu bildirmişdi./axaraz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*