Ermənistanda hərbi geyimlərdə dəyişiklik ediləcək.
KONKRET.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin rəhbəri Suren Papikyan məlumat verib. O qeyd edib ki, bu islahat ideyası sadəcə olaraq hərbçilər üçün formanın rəngini dəyişmək deyil.
“Hərbi geyim yüksək keyfiyyətli, rahat və müasir beynəlxalq standartlara cavab verməlidir. Ona görə də biz Ermənistanda bu sahəyə bütün mütəxəssisləri cəlb etmək üçün bu məqsədlə müsabiqə elan etdik. Onlar ordunun səhra formasından başlayaraq öz ideyalarını təqdim ediblər”, – deyə nazir parlamentdə bildirib.
Papikyan qeyd edib ki, Müdafiə Nazirliyi hazırda beynəlxalq tərəfdaşlarla işləyir. “Biz onlardan yaxın gələcəkdə öz ideyalarımıza uyğunlaşacağımız təkliflər gözləyirik”, – deyə nazir fikrini yekunlaşdırıb.
Natiq Səlim,
KONKRET.az