“Azərbaycanla qarşıdurma üçün ciddi uzunmüddətli strategiya yoxdur”.
KONKRET.az xəbər verir ki, bunu “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan Facebook səhifəsində yazıb.
“Azərbaycanlılar nə qədər lazım idisə, o qədər də irəliləyiblər və onların bu istiqamətdə hərəkət etmək üçün xüsusi problemi yoxdur.
Onlar irəli çıxdılar, mövqelərini yerləşdirdilər, istehkam işləri apardılar və vacib yola nəzarət edirlər, qalanları isə artıq ikinci dərəcəlidir.
Azərbaycan Ordusunun daha da irəliləməsinin qarşısını almaq üçün rus sülhməramlıları onların qarşısında yerləşdirilib.
Bizim tərəfdən nə edilməli idisə, bu səhərə qədər olmalı idi. Amma bu, baş vermədi. Presedent nöqteyi-nəzərindən, azərbaycanlıların son 2,5 ildə girib-çıxmadığı yer qalmayıb.
Qarşıda bu cür çətin vəziyyətlər bir-birini əvəz edəcək, çünki Azərbaycanla qarşıdurma üçün ciddi uzunmüddətli strategiya yoxdur”, – deyə o bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
