Yüngül çəkidə (70,8 kq) titul döyüşündə azərbaycanlı döyüşçü Nəriman Abbasov Moskvada növbəti qələbəsini qazanıb.
KONKRET.az xəbər verir ki, 5 raundluq görüşdə onun rəqibi rusiyalı Marif Pirayev olub. Döyüş Nərimanın inamlı qələbəsi ilə başa çatıb: ikinci raunddan sonra rəqibinin köməkçiləri ağ dəsmal atıblar.
Bu, Nəriman Abbasovun 31-ci döyüşü olub. Onun hesabında 28 qələbə və 3 məğlubiyyət var.
***
00:28
Moskvada, İrina Viner-Usmanova sarayında “AMC FIGHT NIGHTS 112” qarışıq döyüş gecəsi keçirilir. Azərbaycanlı döyüşçü Nəriman Abbasovla rusiyalı döyüşçü Marif Pirayev üz-üzə gəlir.
KONKRET.az xəbər verir ki, 77,6 kq çəki dərəcəsində daha bir azərbaycanlı döyüşçü Tahir Abdullayev rusiyalı Maksim Butorinlə döyüşüb. 3 raundluq mübarizə Abdullayevin aşkar üstünlüyü ilə keçib və nəticədə hakimlər yekdilliklə qələbəni azərbaycanlıya veriblər.
25 yaşlı Abdullayev üçün bu, peşəkar karyerasında 14-cü döyüş olub. Onun hesabında 13 qələbə və 1 məğlubiyyət var.
Roman Göytürk,
KONKRET.az
