Azərbaycanlı xilasedici zəlzələ bölgəsində xəsarət aldı – VİDEObackend

Azərbaycanlı xilasedici zəlzələ bölgəsində xəsarət aldı - VİDEO

Türkiyəyə zəlzələ bölgəsinə ezam olunan azərbaycanlı xilasedicilərdən biri xəsarət alıb.

KONKRET.az xəbər verir ki, bu, axtarış-xilasetmə əməliyyatı zamanı baş verib.

Belə ki, azərbaycanlı xilasedicinin ayağı texnikanın ehtiyatsız idarə edilməsinə görə betona sıxışıb və nəticədə sınıb.

Hazırda Kahramanmaraşda FHN-in səhra hospitalında müalicə olunan xilasedicinin durumunun yaxşı olduğu bildirilir.

Onu da əlavə edək ki, “CNN Türk” kanalı da səhra hospitalından süjet hazırlayıb. Süjetdə həmin xilasedicidən də bəhs edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*