“Azərreyl” növbəti mərhələdəbackend

“Azərreyl” növbəti mərhələdə

Azərbaycanı Çağırış Kubokunda təmsil edən qadın voleybolçulardan ibarət “Azərreyl” klubu ikinci oyununa çıxıb.

KONKRET.az xəbər verir ki, komanda 1/32 finalın cavab matçında Ukraynanın “Balta” kollektivi ilə qarşılaşıb.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan qarşılaşmada “Azərreyl” rəqibini 3:0 (25:23, 25:15, 25:19) hesabı ilə məğlub edib.

Bununla da Azərbaycan təmsilçisi 1/16 finala vəsiqə qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*