“Azərreyl” qələbə ilə başladıbackend

“Azərreyl” qələbə ilə başladı

Azərbaycanı Çağırış Kubokunda təmsil edən qadın voleybolçulardan ibarət “Azərreyl” klubu ilk görüşünü keçirib.

KONKRET.az xəbər verir ki, komanda 1/32 finalda Ukraynanın “Balta” kollektivi ilə qarşılaşıb.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan qarşılaşmada “Azərreyl” rəqibini 3:0 (25:18, 25:18, 25:18) hesabı ilə məğlub edib.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması oktyabrın 18-də eyni məkanda keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*