Sabir Zeynalov dünya çempionu oldubackend

Sabir Zeynalov dünya çempionu oldu

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov dünya çempionatında qızıl medal qazanıb.

KONKRET.az xəbər verir ki, Cənubi Koreyanın Muju şəhərində keçirilən dünya çempionatında K44 kateqoriyasının 58 kq çəki dərəcəsində mübarizə aparan 20 yaşlı idmançımız finalda son Paralimpiya çempionu, israilli Asaf Yasuru məğlub edərək dünya çempionu olub.

Zeynalov finala qədər Hindistan təmsilçisi Mohit Singh, Monqolustan idmançısı Tyemirbyek Khaulyet və Taypey təmsilçisi Xiao Xiang-wen üzərində qələbə qazanıb.

O, 1/8 final, 1/4 final və yarımfinal mərhələlərini uğurla keçərək həlledici görüşə yüksəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*