Badamlı bulağında ayaqyalın gəzdi – Antireklam effekti yaratdı – VİDEObackend

Badamlı bulağında ayaqyalın gəzdi - Antireklam effekti yaratdı - VİDEO

Sosial şəbəkələrdə Naxçıvandakı Badamlı ərazisində çəkilən reklam çarxı insanların ciddi narazılığa səbəb olub.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı jurnalist Tural Müseyibov daha kəskin mövqe sərgiləyərək, sözügedən videonun müəllifini Badamlı bulağında ayaqyalın hərəkət etdiyinə görə tənqid atəşinə tutub.

Jurnalist blogerin bu təqdimatla Azərbaycanın milli brendi olan Badamlı mineral suyu haqqında mənfi rəy formalaşdırdığını bildirib.

Sitat: Badamlı çəkilişə dəvət edibsə, heç olmasa nəzarət edərdi. Yoxsa orada elə hamı suyun içində çimir, gəzir, ayağının kirini yuyur? O da gedib tökülür mənbədən xüsusi yerə.

Jurnalist hesab edir ki, reklam və tanıtım naminə çəkilən videolarda məkanın xüsusiyyətləri və yerli dəyərlər mütləq nəzərə alınmalıdır. Çünki məqsəd turizmi tanıtmaqdırsa, belə görüntülər tanıtımdan çox əks-təbliğata çevrilir.

Doğrudan da Badamlı suyunun bu şəkildə reklam olunması böyük bir biabırçılıqdır. Süfrələrimizi bəzəyən, xaricə ixrac olunan belə bir brend məhsulun bu formada aşağılanması heç bir məntiqə sığmır. Bu, reklam deyil və mütləq araşdırma predmeti olmalıdır.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*