Azərbaycanla mümkün sazişin imzalanması Ermənistanda daxili siyasi təlatümlərə səbəb ola bilər.
KONKRET.az xəbər verir ki, bu sözləri Rusiyalı politoloq, Strateji İnkişaf Fondunun Ekspert Şurasının rəhbəri İqor Şatrov deyib.
O, bildirib ki, oktyabrın 6-da Praqada Ermənistan, Azərbaycan, Fransa və Avropa İttifaqı Şurasının Prezidentinin dördtərəfli görüşü keçirilib. Ondan sonra Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və 1991-ci ilin Alma-Ata Bəyannaməsinə sadiq olduqlarını təsdiqləyiblər. Hər iki tərəf sözügedən sənəd vasitəsilə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan edib.
İqor Şatrov hesab edir ki, bəzi dövlətlər Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması məsələsindən öz məqsədləri üçün istifadə edirlər.
Rusiyalı ekspert Türkiyənin bu prosesə niyə qarışdığını, əldə olunan razılaşmalardan hansı tərəfin razı qaldığını, Azərbaycanla mümkün sazişin imzalanmasının Ermənistanda daxili siyasi təlatümlərə səbəb ola bilmə ehtimalını şərh edib.
Günel Mikayılova,
KONKRET.az

Həmişəki kimi Rusiya exspertləri ermənilər üçün nağıl danışır. Qol çəkilib çəkilməməsindən aslı olmayaraq inqilab baş vermə ehtimalı var. Bu oyunu onlar kommunikasiya xətlərinin özlırinə xeyir edən şərtlərlə açılmasına nail olmaq üçün edirlər.