Sağlamlıq Mərkəzindən 73 pasiyent təxliyə olunub, 14-ü azyaşlıdır – YENİLƏNİBbackend

Sağlamlıq Mərkəzindən 73 pasiyent təxliyə olunub, 14-ü azyaşlıdır - YENİLƏNİB

Bakı Sağlamlıq Mərkəzinin zirzəmisindəki yanğında istifadəyə yararsız plastik əşyalar 50 kvadratmetr ərazidə yanıb.

KONKRET.az xəbər verir ki, bunu Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Əkbər Novruzov jurnalistlərə bildirib.

“Ümumilkdə xəstəxanada 57 nəfər işçi olub. 14-ü azyaşlı olmaqla 73 müalicə alan pasiyent təxliyə olunub. Yanğının söndürülməsi zamanı xəsarət alan olmayıb”,- deyə o, qeyd edib.

01:50

Bakı Sağlamlıq Mərkəzində baş vermiş yanğın söndürülüb.

KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Bakı şəhərinin Nəsimi rayonunda yerləşən Bakı Sağlamlıq Mərkəzində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb. Əlavə məlumat veriləcək”, – deyə məlumatda qeyd olunub.

***

01.02

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsində yerləşən Bakı Sağlamlıq Mərkəzində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən KONKRET.az-a bildirilib ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*