Bakıda ağac aşdı, avtobusların hərəkət sxemi dəyişdirildibackend

Bakıda ağac aşdı, avtobusların hərəkət sxemi dəyişdirildi

Bakıda ağacın aşması səbəbindən avtobusların hərəkət sxemi dəyişdirilib.

Bu barədə KONKRET.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, Tennis akademiyası yaxınlığında yolun hərəkət hissəsinə ağac aşması səbəbindən nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulub.

Bu səbəbdən həmin küçəyə daxil olan 6, 88, 88A və 202 nömrəli müntəzəm marşrutlar üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq Şövkət Məmmədova küçəsi ilə təşkil edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*