Bakıda avtobus sürücüsü ürəyindən bıçaqlandıbackend

Bakıda avtobus sürücüsü ürəyindən bıçaqlandı

Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

KONKRET.AZ xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində baş verib.

Cəbrayıl rayon sakini 1985-ci il təvəllüdlü İsmayılov Samir Vahid oğlunun ürək və qarın nahiyəsinə iki bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına çatdırılıb.

O, cərahi əməliyyat olunur. Xəstəxanadan verilən məlumata görə, həmin şəxs sərxoş vəziyyətdə xəstəxanaya qəbul olunub.

Qeyd edək ki, S.İsmayılov Qaradağ rayonu ərazisində 24 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən avtobusun sürücüsüdür.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinə məlumat verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*