Minaya düşən erməni hərbçinin ayağı amputasiya olundu – YENİLƏNİBbackend

Minaya düşən erməni hərbçinin ayağı amputasiya olundu - YENİLƏNİB

Azərbaycanla sərhəddə, Tavuş vilayətində minaya düşərək yaralanan erməni hərbçi İrəvanda xəstəxanalardan birinə yerləşdirilib.

KONKRET.az xəbər verir ki, burada Mardanyanın ayağı amputasıya olunub.

Bu barədə jurnalist Voskan Sarkisyan öz Facebook səhifəsində məlumat verib.

“İcevan Tibb Mərkəzində öyrəndim ki, mina partlaması nəticəsində hərbçinin sağ ayağı amputasıya edilib. O, sonrakı müalicə üçün İcevan xəstəxanasından İrəvana köçürülüb”, – Sarkisyan bildirib.

Qeyd edək ki, bu gün Tavuşda mina partlaması nəticəsində yaralanan əsgər 1980-ci il təvəllüdlü Q.Mardanyandır.

19:36

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb.

KONKRET.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən təsdiqləyiblər.

“Hazırda hərbçinin həyatı üçün təhlükə yoxdur, vəziyyəti qənaətbəxşdir”, – Ermənistan MN bildirib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*