“Körpü çox pis vəziyyətdədir, böyük maşın keçdikdə titrəyir” – VİDEObackend

"Körpü çox pis vəziyyətdədir, böyük maşın keçdikdə titrəyir" - VİDEO

Bakı-Quba avtomobil yolunun Qubanın Yeni Güləzi kəndindən keçən hissəsində Qusarçay üzərində olan körpü qəzalı vəziyyətdədir.

KONKRET.az xəbər verir ki, gün ərzində körpünün üzərindən minlərlə avtomobilin hərəkət etdiyini bildirən sakinlər təhlükənin qaçılmaz olmasından narahatdırlar.

“Körpü çox pis vəziyyətdədir, böyük maşın keçdikdə titrəyir. Çatlar gün keçdikcə daha da böyüyür, hər an uça bilər”, – Quba sakini narazılığını bildirib.

Daha ətraflı Baku TV-nin süjetində:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*