Aleksandr İonov: “Ukrayna yeni silahlarla əks-hücuma hazırlaşır”backend

Aleksandr İonov: "Ukrayna yeni silahlarla əks-hücuma hazırlaşır"

“Ukrayna Avropa ölkələrinin verdiyi yeni silahların köməyi ilə əks-hücuma hazırlaşır”.

KONKRET.az xəbər verir ki, bu barədə “Güclü Rusiya” ümumrusiya hərəkatının beynəlxalq məsələlər üzrə eksperti, Rusiya Federasiyası Prezidenti yanında İnsan Hüquqları Şurasının üzvü Aleksandr İonov bildirib.

“Münaqişənin eskalasiyası məsələsi artıq həll olunub. İndi Ukraynada səfərbərliyə son hazırlıqlar gedir. Onlar əks-hücuma hazırlaşırlar. Elə məhz bu mərhələdən sonra Ukrayna bütün hərbi potensialını itirəcək. Ona görə də bu il cəbhələrdə ciddi gərginliklə üzləşəcəyik. Ərazimizə qarşı istifadə olunacaq çoxlu sayda müasir silahlar meydana çıxacaq və Qərbdə heç kim buna müqavimət göstərməyəcək. Əksinə, onlar bu əməliyyatları sınaqdan keçirməyə və planlaşdırmağa kömək edəcəklər”, – Aleksandr İonov bildirib.

O qeyd edib ki, ABŞ və Avropadan olan hərbi müşavirlər Rusiyaya qarşı istənilən hücumu həyata keçirməkdə Ukraynaya kömək edirlər. “Rusiya ərazisinə edilən bütün hücumlar NATO-nun Rumıniya və Polşada yerləşən qərargahı tərəfindən koordinasiya edilir. Havada və ya suda uçan dronlarla bağlı hər hansı əməliyyat onlarsız davam edə bilməz. RZSO sistemləri ilə Belqorod və digər bölgələrə hücumlar Amerika və Avropa məsləhətçiləri ilə birgə hazırlanır. ATACMS və SCALP raketləri kimi müasir silahlardan istifadə ABŞ və Avropadan olan hərbi mütəxəssislərin iştirakı olmadan baş verə bilməz. Çox güman ki, onlar start düyməsini sıxaraq əməliyyatın baş tutması üçün koordinatları təqdim edirlər”, – İonov əlavə edib.

Ekspert əlavə edib ki, istənilən halda qələbə Rusiyanın olacaq. “Hazır olmalıyıq, amma hər halda hamı yaxşı başa düşür ki, qələbə bizimdir. Axı Ukrayna bütün potensialını itirib, millətçilər isə döyüş ruhunu itirib”, – İonov fikrini yekunlaşdırıb.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Kiyevə yeni hərbi yardımın ayrılmasına dair qanun layihəsini təsdiqləyib. Söhbət 61 milyard dollarlıq və ATACMS raketlərindən gedir. Almaniya isə bəyan edib ki, qəbul edilən qanun layihəsi Ukrayna Silahlı Qüvvələrinin 2025-ci ilə qədər ayaqda durmasına kömək edəcək. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə öz növbəsində qeyd edib ki, Birləşmiş Ştatlar öz köməyi ilə Ukraynanı borca ​​sürükləyir.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*