Bakıda avtobuslar belə dezinfeksiya edilir – FOTObackend

Bakıda avtobuslar belə dezinfeksiya edilir - FOTO

“Kəskin respirator virus infeksiyalarının yayılmasına qarşı qabaqlayıcı tədbirlər görülməsi məqsədilə daşıyıcılara gündəlik olaraq sərnişin daşımalarında istismar edilən avtobusların xarici və daxili hissələrinin təmiz olmasına nəzarətin gücləndirilməsi, sanitar-epidemoloji vəziyyət nəzərə alınaraq avtobusların salonunda tez-tez dezinfeksiya işlərinin həyata keçirilməsi barədə  müvafiq tapşırıqlar verilib”.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev KONKRET.az-a  bildirib ki, bununla bağlı bütün daşıyıcılara yazılı məktub göndərilib:

“Ətraf kənd və qəsəbələr istiqamətində işləyən müntəzəm marşrut xətləri üzrə avtobuslar koronavirus əleyhinə dezinfeksiya olunur. Dezinfeksiya işlərində xüsusi tərkibli dərman məhlulu vasitəsilə avtobusun salonu, oturacaqlar, sürücü kabinası dezinfeksiya edilir”.

Onun sözlərinə görə, kəskin respirator virus infeksiyalarının yayılmasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində marşrut xətləri üzrə avtobuslarda dezinfeksiya işləri mütəmadi olaraq davam etdiriləcək:

“Bildiyiniz kimi “Ayşən LTD” şirkətinin istehsalat bazasında dezinfeksiya olunan 100-ə yaxın avtobusu əsasən ətraf kənd və qəsəbələr istiqamətində fəaliyyət göstərir.

Son zamanlar yeni koronavirus (2019-nCoV) xəstəliyinin yaranması və bəzi ölkələrdə yayılmasını nəzərə alaraq, qabaqlayıcı tədbirlər görülməsi məqsədilə ölkəmizdə ictimai nəqliyyat sahəsinin də nəzarətdə saxlanılması zəruridir”.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib.

Operativ qərargahdan verilən məlumata görə, xəstələnən şəxs Rusiya Federasiyasının vətəndaşıdır. İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub, həmin şəxs xəstəxananın xüsusi rejimli infeksion boksuna yerləşdirilib. Aparılmış müayinələr və testlər nəticəsində koronavirusa yoluxma testi müsbət nəticə verib. Hazırda pasiyentin vəziyyəti sabitdir.

Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*