Bakıda evdən qızıl-zinət əşyaları oğurlandıbackend

Bakıda evdən qızıl-zinət əşyaları oğurlandı

Bakıda evdən qızıl-zinət əşyaları oğurlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Naxzirliyi məlumat yayıb.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 20-nə keçən gecə Biləcəri qəsəbəsində evlərin birindən 4700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini Mirkamal Ağayev, Sabirabad rayon sakini Məhəbbət İslamov, Xaçmaz rayon sakini Emin Rüstəmov və Astara rayon sakini, əvvəllər məhkum olunmuş Amil Nəsirov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*