Bakıda itkin düşən 46 yaşlı qadın tapıldı – FOTObackend

Bakıda itkin düşən 46 yaşlı qadın tapıldı - FOTO

Fevralın 25-də Bakıda itkin düşən 1974-cü il təvəllüdlü Qubuşova Bahar Əli qızı tapılıb.

KONKRET.az xəbər verir ki. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, qadın ailəsinə təhvil verilib.

Qeyd edək ki, Sabunçu rayon, Ramanı qəsəbəsi, M.Ə.Sabir küçəsi, dalan 2, ev 18-də yaşayan, ruhi xəstəliyi olan,  1974-cü il təvəllüdlü Qubuşova Bahar Əli qızı fevralın 25-də səhər saatlarında evdən çıxaraq bir daha geri qayıtmayıb.

Qadını sonuncu dəfə evlərinin yaxınlığında olan mağazada avtobusa minərək getdiyini görmüşdülər.

Qadının ailə üzvləri faktla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*