Bakıda mənzildə yanğın oldu, 8 nəfər təxliyə edildibackend

Bakıda mənzildə yanğın oldu, 8 nəfər təxliyə edildi

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.

KONKRET.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 2-si azyaşlı olmaqla 8 nəfər bina sakini təxliyə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*