Bakıda pəncərə silmək istəyən tələbə yıxılaraq öldü – FOTObackend

Bakıda pəncərə silmək istəyən tələbə yıxılaraq öldü - FOTO

Bakının Qaradağ rayonunda bədbəxt hadisə zamanı gənc qız ölüb.

KONKRET.az xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində baş verib.

1999-cu il təvəllüdlü Məhərrəmova Nilgün Tarix qızı yaşadığı binanın beşinci mərtəbəsində otağın pəncərəsini silib. Bu zaman o, ehtiyatsızlıqdan yerə yıxılıb.

N.Məhərrəmova 1 saylı şəhər xəstəxanasına çatdırılarkən yolda ölüb.

Qeyd edək ki, N.Məhərrəmova Ali Neft Məktəbinin üçüncü kurs tələbəsidir. O, prezident təqaüdçüsü olub.

APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*