Bakıda usta iş yerində öldübackend

Bakıda usta iş yerində öldü

Bakıda usta emalatxanada ölüb.

KONKRET.az oxu.az-a istinadla xəbər verir ki, hadisə iyunun 15-də saat 16 radələrində paytaxtın Binəqədi rayonunun Xocəsən qəsəbəsində yerləşən taxta emalatxanasında qeydə alınıb.

Orada çalışan Ağsu rayon sakini – 1982-ci il təvəllüdlü Balakişi Hacıyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

İlkin ehtimala görə, o, ürək çatışmazlığından vəfat edib.

Faktla bağlı araşdırmalar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*