Bakının bəzi ərazilərində niyə internet yoxdur? – Açıqlamabackend

Bakının bəzi ərazilərində niyə internet yoxdur? - Açıqlama

Bakının bir sıra ərazilərində internetin verilişində problem yaranıb.

Baktelecom-dan KONKRET.az-a verilən məlumata görə, “Bakı Telefon Rabitəsi” MMC-nin (Baktelecom) tabeliyindəki 2 saylı Rabitə xidmətləri mərkəzi ATS 561-də baş verən qısaqapanma səbəbindən internet şəbəkəsini ötürən avadanlıqların işində çətinlik yaşanır.

Nəticədə bəzi Baktelecom abunəçilərinin internet xidməti ilə təminatında fasilə meydana gəlib. Hazırda texniki heyət tərəfindən yaranmış çətinliyin aradan qaldırılması istiqamətində profilaktik tədbirlər həyata keçirilir.

Abunəçilərdən internet xidmətinin göstərilməsində yaranmış fasilələri nəzərə almaları xahiş olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*