Bako Saakyan təcili hərbi hissələrə gedərək erməni əsgərlərlə görüşüb
420
Dağlıq Qarabağın erməni icmasının rəhbəri Bako Saakyan bir sıra hərbi hissələrdə olub, hərbi xidmətin gedişi və mövcud vəziyyətlə tanış olub. Konkret.az erməni mediasına istinadən xəbər verir ki, Bako Saakyan Azərbaycan tərəfinin bütün mümkün hücumları barədə erməni əsgərlərinə xəbərdarlıq edib. Bako Saakyanı “müdafiə naziri” Karen Abrahamyan və hərbçilər müşayiət ediblər. Maraqlıdır ki, Bako Saakyanın hərbi hissələrə təcili və gizli gedişi yalnız bir gündən sonra mediaya sızdırılıb. Bu barədə erməni mediası hələ ki, heç bir açıqlama yaymayıb.