Balakəndə 33 kiloqram narkotikin realizə olunmasının qarşısı alındıbackend

Balakəndə 33 kiloqram narkotikin realizə olunmasının qarşısı alındı

Balakən rayonunda keçirilən əməliyyat nəticəsində 33 kiloqram narkotik aşkarlanıb.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyri-leqal yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin realizə olunmasının qarşısı alınıb.

Tədbirlərlə əvvəllər məhkum olunmuş Eşqin İsmayılov saxlanılıb. Ondan 30 kiloqram marixuana və 3 kiloqrama yaxın heroin, eləcə də metadon həbləri aşkarlanıb. Saxlanılan şəxs narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib. Məhkəmənin qərarı ilə E.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*