Polis 19 yaşlı bu gənci axtarır – Fotobackend

Polis 19 yaşlı bu gənci axtarır - Foto

Qaradağ rayonu, Qobustan qəsəbə sakini 2007-ci il təvəllüdlü Elvin Əhmədov ötən gün yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə KONKRET.az-a Elvinin yaxınları məlumat verib.

Məlumata görə, artıq polis tərəfindən adıçəkilən şəxsin axtarışı elan olunub.

Onun əlamətləri: boyu 175 sm, saçları qara, arıq bədən quruluşludur.

Şəkildəki şəxsi görənlərdən və haqqında məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzi və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, eyni zamanda onun yaxınının (070) 926-26-97 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*